
Çində 2 yaşlı bir uşaq 20-ci mərtəbədən yıxılaraq sağ qalıb. Hadisə Çunçin şəhərində yerləşən yaşayış kompleksində baş verib. Uşaq bir neçə dəqiqəlik nənəsinin nəzarətindən kənarda qalıb və bu zaman yüksək mərtəbədən yerə düşüb. Yıxılmanı ağac budaqları və kollar bir qədər yüngülləşdirsə də, uşaq çoxsaylı sınıqlar və ağır xəsarətlərlə üzləşib.Hadisə yerində olan yaşayış kompleksinin mühafizəçisi uşağı dərhal qucağına alaraq xəstəxanaya tərəf qaçıb. Yolda onu polisin əli ilə təhvil verib və uşaq dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanaya gətiriləndə vəziyyəti kritik olsa da, həkimlər onun həyatını xilas etməyə nail olublar.Həkimlərin sözlərinə görə, mühafizəçi və polisin operativ reaksiyası, eləcə də uşağın bədən çəkisinin az olması onun sağ qalmasında həlledici rol oynayıb.Ulusum.az
Diqqət Çəkənlər
Qaraciyərin piylənməsi: İncə bədən, amma gizli təhlükə
Xankəndidə Konqres Mərkəzi açılıb - FOTO
Modanın imperatoru bu villada cəmi bir gecə qalmışdı – Malikanə milyonlara satıldı - FOTO