AZ

“Üfüq” müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Finss.az - Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri müəyyənləşib. İyunun 22-də keçirilən müsabiqənin finalında iştirak edən 191 namizəddən ən yüksək bal toplayan 30 nəfər qalib adını qazanıb. Müsabiqənin şərtlərinə əsasən, 25 qalibin seçilməsi planlaşdırılsa da, 5 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komissiyası həmin iştirakçıların hər birinin səriştə və bacarıqlarının ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib.

Qaliblərdən 17-si kişi, 13-ü qadındır. Ən gənc qalibin 23, ən yaşlı qalibin isə 43 yaşı var. “Üfüq” müsabiqəsinin qaliblərindən 16 nəfər Bakı-Abşeronda, 14 nəfər isə bölgələrdə çalışır.

Qaliblərin adlarını təqdim edirik:

  1. Pərviz Əliyev                       11. Leyla Hüseynzadə                    21. Orxan Hüseynov
  2. Rəvan Səmədli                   12. Asif İsmayılov                            22. Pərviz Quliyev
  3. Murad İbrahimov                 13. Rabil Mehtiyev                          23. Elnur Nöhbalayev
  4. Raiq Hüseynov                   14. Seymur Müxtəsənov                 24. Aytən Həsənova
  5. Tünzalə Muradova              15. Əfsanə Heydərova                    25. Aqşin Şirinov
  6.  Vaqif Mehdiyev                     16. Hacıağa Əhmədov                       26. Fərəh Xanməmmədova 
  7. Aytəkin Süleymanlı             17. Tamara Nəbiyeva                      27. Mahirə Əbilova
  8. Elvin Ağayev                       18. Rauf Babayev                            28. Mahmud Abdullayev
  9. Nuranə Babazadə               19. Xuraman Hacıbəyli                    29. Novruzəli Sadıxlı
  10.  Aynurə Quliyeva                 20. Nuray Bağırzadə                       30. Təhminə Təhməzli 

Müsabiqənin qalibləri inkişaf proqramına cəlb olunacaq, müxtəlif təlimlər, kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən ilk dəfə təşkil edilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyində intellektual səviyyəsi yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və onların karyera inkişafına şərait yaratmaqdır.

Seçilən
14
46
fins.az

10Mənbələr