Finss.az - Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri müəyyənləşib. İyunun 22-də keçirilən müsabiqənin finalında iştirak edən 191 namizəddən ən yüksək bal toplayan 30 nəfər qalib adını qazanıb. Müsabiqənin şərtlərinə əsasən, 25 qalibin seçilməsi planlaşdırılsa da, 5 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komissiyası həmin iştirakçıların hər birinin səriştə və bacarıqlarının ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib.
Qaliblərdən 17-si kişi, 13-ü qadındır. Ən gənc qalibin 23, ən yaşlı qalibin isə 43 yaşı var. “Üfüq” müsabiqəsinin qaliblərindən 16 nəfər Bakı-Abşeronda, 14 nəfər isə bölgələrdə çalışır.
Qaliblərin adlarını təqdim edirik:
- Pərviz Əliyev 11. Leyla Hüseynzadə 21. Orxan Hüseynov
- Rəvan Səmədli 12. Asif İsmayılov 22. Pərviz Quliyev
- Murad İbrahimov 13. Rabil Mehtiyev 23. Elnur Nöhbalayev
- Raiq Hüseynov 14. Seymur Müxtəsənov 24. Aytən Həsənova
- Tünzalə Muradova 15. Əfsanə Heydərova 25. Aqşin Şirinov
- Vaqif Mehdiyev 16. Hacıağa Əhmədov 26. Fərəh Xanməmmədova
- Aytəkin Süleymanlı 17. Tamara Nəbiyeva 27. Mahirə Əbilova
- Elvin Ağayev 18. Rauf Babayev 28. Mahmud Abdullayev
- Nuranə Babazadə 19. Xuraman Hacıbəyli 29. Novruzəli Sadıxlı
- Aynurə Quliyeva 20. Nuray Bağırzadə 30. Təhminə Təhməzli
Müsabiqənin qalibləri inkişaf proqramına cəlb olunacaq, müxtəlif təlimlər, kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən ilk dəfə təşkil edilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyində intellektual səviyyəsi yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və onların karyera inkişafına şərait yaratmaqdır.
