Bakı. Trend:
"Moody’s Ratings" beynəlxalq reytinq agentliyi "Cənub QazDəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin (SGC) xarici valyuta ilədəstəklənmiş təminatsız uzunmüddətli kredit reytinqini Ba1səviyyəsindən Baa3 səviyyəsinə yüksəldib, yəni şirkətə investisiyareytinqi verib.
Trend şirkətəistinadən xəbər verir ki, reytinqin müsbət proqnozu saxlanılıb.
Moody’s-in açıqlamasında qeyd olunur ki, bu qərar Azərbaycanhökumətinin institusional imkanlarının güclənməsi və makroiqtisadisabitliyin qorunması fonunda verilib. Ölkənin fiskal sabitliyininartması, neft gəlirlərindən asılılığın azalması və iqtisadiyyatınşaxələndirilməsi istiqamətində atılan addımlar "Cənub Qaz Dəhlizi"layihəsinin dayanıqlılığına da müsbət təsir göstərir.
Təbii qaz ixracı üzrə strateji layihə olan "Cənub Qaz Dəhlizi",Avropanın enerji təhlükəsizliyində mühüm yer tutur və Azərbaycanınxarici investisiya və enerji bazarındakı mövqeyini gücləndirir.Reytinqin yüksəldilməsi bu layihənin maliyyə dayanıqlılığı və bazaretibarlılığı baxımından əhəmiyyətli üstünlüklər əldə etdiyinigöstərir.