AZ

Həyatınız bundan asılıdır: Səyyah isti ölkələrdə səyahət üçün tövsiyələr verdi

Turistlərin əksəriyyəti yay tətili üçün isti ölkələri seçir. Lakin onlar həmişə mülayim Avropa iqlimindən kənarda normal olan temperaturlara hazır deyillər. Xüsusilə də vəhşi təbiətdə gəzinti planlaşdırılırsa.

HİT.az xəbər verir ki, uzun illərdir Mərakeşdə yaşayan britaniyalı səyyah Elis Morrison "The Independent" üçün yazdığı məqalədə isti iqlimli ölkələrdə kənd yerlərində gəzinti üçün əsas qaydalardan danışdı. Bu tövsiyələr nəinki Səhranı piyada keçmək istəyənlərə, həm də Afinanın kənarındakı qədim xarabalıqlara baxmaq və ya yaxınlıqdakı dağdan Antalyanı seyr etmək istəyənlərə faydalı olacaq.

Morrison bir neçə vacib məqama diqqət yetirməyi məsləhət görür və onlardan birincisi ümumi sağlamlıq vəziyyətinizdir. Əgər qan dövranını pisləşdirmə riski olan xroniki xəstəlikləriniz varsa, güclü istidə yürüş etmək tövsiyə olunmur. Ancaq sağlam olsanız belə, risklər yenə də mövcuddur.

İstidə piyada gəzintilərin təhlükələrindən biri istilik vurmasına səbəb ola bilməsidir. Bu zaman bədən öz temperaturunu idarə edə bilmir, çünki tər ifrazi artıq bədəni soyuda bilmir. Bu heyrətamiz sürətlə baş verir, ona görə də özünüzü necə hiss etdiyinizə diqqət yetirmək lazımdır.

Başqa bir ölümcül problem isə dehidratasiya (bədənin su itirməsi) olub, bu da böyrək çatışmazlığına səbəb ola bilər. Bu zaman bədən qəbul etdiyindən daha çox maye itirir və daxili orqanların işləməsi üçün kifayət qədər maye qalmır. Bu, xüsusilə dağlıq ərazilərdə təhlükəlidir, çünki nəinki yıxılma və zədələnmə riski var, həm də tez-tez tibbi yardım almaq mümkün olmur.

Yüksəklikdə hava istiliyi azalsa da, təpələrin və alçaq dağların zirvələrində isti düzənliklərdən daha güclü ola bilər. Bunun səbəbi odur ki, daha yüksək hündürlüklərdə atmosfer daha seyrəkdir və buna görə də ultrabənövşəyi şüaları daha pis süzür.

Günün vaxtı da vacib amildir. Ən güclü isti adətən günortadan sonra saat 15 ilə 18 arasında müşahidə olunur, çünki bu vaxt günəş hələ də yandırıcı şiddətlə parlayır və torpaq artıq maksimum qədər qızıb. Bu vaxt kölgəli bir yerdə istirahət etmək daha yaxşıdır.

Bundan əlavə, Morrison daha konkret tövsiyələr verib:

1. Heç vaxt susuz yürüşə çıxmayın. Günlük səyahət üçün ən azı üç litr su götürməlisiniz. Ancaq vəhşi təbiətə yalnız bir-iki saatlığa çıxanda belə, özünüzlə ən azı bir litr və ya bir yarım litrlik su şüşəsi aparın.

2. Elektrolitlər götürün. Elektrolitlər və ya xüsusi duz tabletləri tərlə itirdiyiniz mikroelementlərin əhəmiyyətli hissəsini bərpa edir.

3. Bədəninizi paltarla örtün. Avropalılar üçün isti havada maksimum dərəcədə açıq geyinmək adətdir. Lakin bir çox həqiqətən isti ölkələrdə heç kim şort və köynəklə gəzmir. Əksinə – yerli sakinlər bədənlərini mümkün qədər parça ilə örtürlər. Bu dini inanclardan deyil. Açıq dəri vasitəsilə daha çox rütubət itirirsiniz, günəş yanıqları riskindən isə danışmırıq belə.

4. Başınızı qoruyun. Sadəcə kepka deyil, həmçinin ənsə və boynunuzu örtən bir baş geyimi mütləq lazımdır. Əks halda növbəti gün çox pis olarsınız.

5. Əlaqədə olun. Həmişə yanınızda tam dolu mobil telefon saxlayın və mütləq birinə həra hara getdiyinizi və nə vaxt qayıdacağınızı bildirin. Mobil telefonların batareyası bitə və ya mobil şəbəkənin əhatə zonasından kənarda işləməyə biləcəyi üçün, köhnə üsul avadanlıqlar (xəritə və kompas) uzun yürüş zamanı qiymətsiz ola bilər.

Samir

Seçilən
4
50
hit.az

10Mənbələr