AZ

Rusiyanın hücumu nəticəsində Krivoy Roqda xilasedicilər də daxil olmaqla 6 nəfər yaralanıb

Rusiya Krivoy Roqa zərbə endiribb. Xilasedicilər də daxil olmaqla 6 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

İyulun 4-ü axşam saatlarında Rusiyanın Krivoy Roqa hücumu nəticəsində ən azı altı nəfər, o cümlədən Dövlət Fövqəladə Hallar Xidmətinin iki xilasedicisi yaralanıb.

Rusiya raketlərinin ilk zərbəsindən sonra Ukrayna Fövqəladə Hallar Nazirliyinin Dövlət Xidmətinin bölmələri hadisə yerinə gəlib.

"Lakin fəsadların aradan qaldırılması zamanı düşmən yenidən zərbə endirdi. Nəticədə iki xilasedici xəsarət alıb", - məlumatda deyilir.

QAZİLER.AZ

Seçilən
15
50
qaziler.az

10Mənbələr