AZ

“İranın nüvə proqramının mülki məqsədi yoxdur” -

İranın nüvə proqramının heç bir etibarlı mülki məqsədi yoxdur.


Manset.az xəbər verir ki, bunu Avropa İttifaqının sözçüsü Anouar El Anouni bildirib.

Brüsseldə keçirilən mətbuat konfransında El Anouni İranı Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində öhdəliklərini tam yerinə yetirməyə çağırıb. O, həmçinin Avropa İttifaqının bu məsələ ilə bağlı diplomatik səylərə davam edəcəyini vurğulayıb.

El Anouni, İranın əməkdaşlığı dayandırdığı Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və agentliyin rəhbəri Rafael Qrossiyə dəstəyini də ifadə edib.

Xatırladaq ki, İran parlamenti iyunun 25-də MAQATE ilə əməkdaşlığı dayandıran qanunu qəbul edib. Qanun iyulun 2-də prezident Məsud Pezeşkianın imzası ilə qüvvəyə minib.

Seçilən
13
26
manset.az

10Mənbələr