AZ

Aİ: İranın nüvə proqramında etibarlı mülki məqsəd yoxdur

Aİ:

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Anuar El Anuni bildirib ki, İranın nüvə proqramında "etibarlı mülki məqsəd" yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, El Anuni Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Aİ-nin İranın nüvə proqramı siyasəti ilə bağlı sualları cavablandırıb.

İranın nüvə proqramının "etibarlı" mülki istifadə məqsədi olmadığını vurğulayan El Anuni, Tehranı Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindəki öhdəliklərini "tam şəkildə yerinə yetirməyə" dəvət edib.

El Anuni Aİ-nin İranın nüvə silahı inkişaf etdirməsinə qarşı olduğunu bir daha təsdiqləyib və bu məsələ ilə bağlı davamlı həll tapmaq üçün hər cür diplomatik səylərə dəstək verəcəklərini bildirib.

Bundan əlavə, El Anuni İranın əməkdaşlığı dayandırdığı Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) və onun rəhbəri Rafael Grossiyə dəstək verdiklərini qeyd edib.

İran isə Grossini İsrail və ABŞ-ın ölkə daxilində nüvə obyektlərinə yönəltdiyi hücumları meşrulaşdırmaq və İsrail üçün casusluq etməkdə ittiham etmiş, bundan sonra Grossinin ölkəyə girişinə icazə verilməyəcəyini açıqlamışdı.

İran parlamenti 25 iyun tarixində UAEA ilə əməkdaşlığı dayandıran qanun layihəsini qəbul etmişdi. Bu qanun layihəsi, parlamentdən sonra Anayasayı Müdafiə Şurası tərəfindən də 26 iyunda təsdiqlənmişdi.

UAEA ilə əməkdaşlığı dayandıran qanun, Prezident Məsud Pəzeşkiyanın imzası ilə 2 iyulda qüvvəyə minib.

Məryəm Quliyeva

Seçilən
8
6
xalqcebhesi.az

10Mənbələr