AZ

Gəncədə ev YANDI – Xəsarət alan var

Gəncədə evdə yanğın olub, bir nəfər xəsarət alıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində Zeynal Xəlil küçəsində fərdi yaşayış evlərindən birində baş verib. 

İlkin məlumata görə, evdəki partlayış yanğına səbəb olub. 
 

Hadisə yerində FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğın üç yanğın söndürən avtomobili və 20-dən artıq canlı qüvvə cəlb olunub. İlkin məlumata görə 45 kv/m- dən ibarət olan yarım tikili əşyaları ilə birgə yanıb. Alovun digər evlərə keçməsinin qarşısı alınıb.


Hadisə zamanı Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Şərif Musayev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib və vəziyyətinin stabil olduğu bildirilir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
15
36
bizim.media

10Mənbələr