Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri artıq İranıtərk ediblər və Vyanaya yollanıblar.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, ötən gün İran hökumətinin yaxın zamanda BAEA-nınhələ də ölkə ərazisində fəaliyyət göstərən müfəttişlərini ölkədənçıxarmağa başlamaq niyyətində olması barədə məlumat yayılmışdı.
İyunun 26-da İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafİslam Respublikasının BAEA ilə əməkdaşlığının dayandırılmasınınəzərdə tutan qanunu ictimailəşdirib. O vurğulayıb ki, İranın nüvəobyektlərinin təhlükəsizliyinə tam təminat verilməyənə qədəragentliklə əməkdaşlıq bərpa oluna bilməz.