AZ

"Çelsi" onun transferində "Borussiya" ilə razılığa gəldi

Dortmund "Borussiya"sının 20 yaşlı cinah hücumçusu Ceymi Gittens "Çelsi"yə transfer olunmağa çox yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Açıqlamada bildirilir ki, tərəflər cümə axşamı günü ABŞ-ın Fort-Loderdeyl şəhərində prinsipial razılığa gəlib. Hazırda müqavilənin son detalları üzərində iş aparılır.

Britaniya mətbuatının məlumatına görə, London klubu bu transfer üçün 65 milyon avro ödəyəcək. Qittensin “Çelsi” ilə 2032-ci ilin yayına qədər müqavilə imzalayacağı gözlənilir.

Qittens 2024/25 mövsümündə "Borussiya"nın heyətində bütün turnirlərdə 48 oyuna çıxıb, 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Almaniya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun dəyərini 50 milyon avro olaraq göstərir.

 

 

Seçilən
0
21
90deqiqe.az

10Mənbələr