AZ

Azərbaycan millisinin futzalçısı “Araz-Naxçıvan”a keçib

Bakı, 4 iyul, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin yeni klubu bəlli olub.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, qolkiper sabiq komandası “Araz-Naxçıvan”a keçib. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rövşən Hüseynli son olaraq Qazaxıstan təmsilçisi “Astana”da çıxış edib.

Seçilən
0
11
azertag.az

10Mənbələr