AZ

İstanbul yaxınlığında meşə yanğını – 700 nəfər səfərbər olundu, 50 ev boşaldıldı

İstanbul

İstanbulun Silivri bölgəsində baş vermiş güclü meşə yanğınına qarşı 691 nəfər, 7 təyyarə, 3 helikopter və 56 yanğınsöndürmə texnikası səfərbər olunub. 50 evin sakinləri təxliyə edilib.Eyni zamanda, İzmir vilayətində də alovlar səbəbindən bir neçə yaşayış məntəqəsi boşaldılıb, hava limanları bağlanıb, Çeşməyə aparan əsas magistral yolda hərəkət dayandırılıb. Yunanıstanın Krit adasında isə ən azı üç bölgədə meşə yanğınları davam edir – sakinlər evakuasiya olunur. Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, ölkədə baş verən 9 iri yanğından 6-sı nəzarət altına alınıb.Qeyd edək ki, 30 iyun tarixində məlum olub ki, ölkə üzrə ümumilikdə 50 mindən çox insan yanğınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Diqqət Çəkənlər

Xankəndidə Konqres Mərkəzi açılıb - FOTO

Qaraciyərin piylənməsi: İncə bədən, amma gizli təhlükə

Modanın imperatoru bu villada cəmi bir gecə qalmışdı – Malikanə milyonlara satıldı - FOTO

Seçilən
13
5
ulusum.az

10Mənbələr