AZ

Azərbaycandan 43 tələbə Çində təhsil alacaqVİDEO

Azərbaycanlı tələbələr Çinin aparıcı universitetlərində təqaüdlə təhsil alacaq. 

Xezerxeber.az-ın məlumatına görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmisi Müjdat Həsənov deyib ki, 2025-2026-cı tədris ili üzrə Çinin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanan 43 nəfər Azərbaycan vətəndaşı var. 

Tələbələr bakalavriat (1 nəfər), magistratura (37 nəfər) və doktorantura (5 nəfər) səviyyələri üzrə beynəlxalq münasibətlər və idarəetmə, ətraf mühit mühəndisliyi, hüquq, kompüter elmləri, beynəlxalq ticarət, maliyyə, nəqliyyat mühəndisliyi, biznesin idarə edilməsi, mühasibat uçotu, təhsil nəzəriyyəsi və ekologiya kimi ixtisaslar üzrə təhsil alacaqlar.

Təhsil eksperti Səbuhi Abdullayev deyir ki, son illərdə ölkəmizdə həm Çində təhsilə, həm də çin dilinə maraq kifayət qədər artıb.

Ekspert deyir ki, bu tendensiyanın artma səbəbləri və perspektivləri sosial-iqtisadi və diplomatik əlaqələrlə sıx bağlıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
14
19
xezerxeber.az

10Mənbələr