Bakı. Trend6
Ölkə ərazisində temperaturun normadan artıq olacağıgözlənilir.
Trend xəbərveri ki, bunu Milli Hidrometeorologiya Xidmətinin ProqnozlarBürosunun direktoru Gülşad Məmmədova bildirib.
“Artıq bir-neçə gündür ki, Qərbi Avropa isti hava dalğalarınıntəsiri altındadır. Əksər ərazilərdə temperatur 40 dərəcənı aşıb vərekord göstəricilər yenilənib. Xüsusilə İspaniya, Portuqaliya,İtaliya və Yunanıstanda kəskin istilər hökm sürür. İspaniyanıncənubunda hətta 46 dərəcə temperatur qeydə alınıb”, - o qeydedib.
O deyib ki, ölkəmizdə isə şimal axınlarının təsiri nəticəsindəson günlər mülayim və nisbətən sərin hava şəraiti müşahidəolunur:
"Gələn həftənin ikinci yarısından başlayaraq isə ölkə ərazisindəcənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricənyüksələcəyi və normadan yuxarı olacağı gözlənilir. Belə ki, havanınmaksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35, Aranrayonlarında 39, dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28dərəcəyədək isti olacağı proqnozlaşdırılır”.