AZ

Belə yay olar?!

Bizim az yaşımız yoxdu. Yəni dünyanın hər üzünü görmüşük, amma vallah, belə yay görməmişik.

Yazı başa düşdük və yaz payıza oxşadı. Axı  yayın 25- ci günüdür. Və yay da heç yaya oxşamır və o da , elə payıza bənzəyir! Bax, bundan baş açmaq mümkün deyil. Ən azından ona görə ki, ötən illərin  bu vaxtı yayında 30-45 dərəcə isti olardı. Ancaq indi düz dörd gündür havanın temperaturu 20- i dərəcəyə düşüb. Üstəlik də, Bakıda külək az qala adamı apara.

Düzdü, hələ ki, adamı apara bilməyib, lakin neçə- neçə ağacı kökündən çıxarıb.Rayonlarda isə vəziyyət lap pisdir. Orada fasiləsiz  olaraq yağış yağır və  ona görə də, mer- meyvə, bostan- tərəvəz məhsulları məhv olub , qıtlıq yaranıb. Bu isə birmənalı olaraq bahalıq deməkdir. Dünyanın hər yerində iqlim dəyişikliyi baş  verir. Çünki insanlar təbiəti, ekologiyanı məhv elədilər və Allahla  zarafatlaşdılar.  Zarafatın da axırı bax belə oldu!!!

Emil Faiqoğlu

Seçilən
0
50
adalet.az

10Mənbələr