AZ

Türkiyə, Azərbaycan və Pakistan liderləri Xankəndidə əl-ələ tutaraq həmrəylik göstərdi

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Pərviz Şərif bir araya gəliblər.

Teleqraf xəbər verir ki, üç ölkə liderləri arasında əl-ələ tutma anı diqqətləri cəlb edib. Xankəndinin mərkəzində onlar arasında səmimi söhbət olub.

Pakistan Baş naziri coşqulu şəkildə "Türkiyə, Azərbaycan və Pakistan zindəbad" deyərək, üç ölkənin birliyini və həmrəyliyini vurğulayıb.

Ərdoğan isə buna "Maşallah" deyərək, cavab verib.

Prezident İlham Əliyev Xankəndidə onların qarşısındakı yeni inşa edilən otel barədə Prezident Ərdoğana məlumat verib.

Bu tarixi görüş, regionda sülh və əməkdaşlıq mesajı verən bir an olaraq yadda qalıb.

Seçilən
3
44
teleqraf.com

10Mənbələr