AZ

Bu ölkənin hakimiyyəti əhaliyə pul paylayacaq

Cənubi Koreya hökuməti ölkədə daxili tələbatı stimullaşdırmaq məqsədilə vətəndaşlara bir dəfəlik maliyyə yardımı ayıracaq.

Publika.az xəbər verir ki, bu barədə KBS telekanalı məlumat yayıb.

Proqrama əsasən, bütün vətəndaşlara istehlak sertifikatı formasında 150 min von (təxminən 187 manat) təqdim ediləcək. Aşağı gəlirli ailələr və tək valideynli ailələrin üzvləri isə 300 min von (təxminən 375 manat) alacaqlar. Sosial yardım alan vətəndaşlara ayrılan məbləğ isə 400 min von (təxminən 500 manat) olacaq.

Bundan əlavə, paytaxt Seuldan kənarda yaşayan şəxslərə 30 min von, xüsusi statusa malik 84 inzibati bölgənin sakinlərinə isə əlavə 50 min von ödəniləcək.

Seçilən
5
50
publika.az

10Mənbələr