AZ

Sosial müavinətlərin və təqaüdlərin maliyyələşməsinə ayrılan vəsait 5 dəfə artıb - Nazir

Yazını böyüt
Yazını kiçilt

Son illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilib və bu islahatlar 4 milyon vətəndaşı əhatə edib.

Hafta.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib.

O bildirib ki, nəticədə, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə artırılıb.

"Ölkə üzrə orta pensiya və orta əmək haqqı məbləğlərində əhəmiyyətli artımlar müşahidə olunmuşdur. Sosial müavinətlərin və təqaüdlərin maliyyələşməsinə ayrılan vəsaitin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1.9 milyard manata çatmış, ÜDSY-inin orta məbləği 2,5 dəfə, yaşayış minimumu 65%, ehtiyac meyarı isə 2,2 dəfə artmışdır ki, bu da sosial dəstəyin real miqyasını göstərir"- deyə o əlavə edib.

Seçilən
5
13
hafta.az

10Mənbələr