Son 4-5 ildə elə bir ay olmayıb ki, hər ay azı 2 geriçağırılma kampaniyası barədə xəbər mətbuatda yer almasın. Təkcə 2024-cü ildə qlobal səviyyədə 230 belə kampaniya keçirilib. Kampaniya hansısa proqram yeniləməsindən tutmuş, ciddi mexaniki problemləri əhatə edə bilir.
Avtosfer.az xəbər verir ki, müasir avtomobillər çox mürəkkəbdir. Təhlükəsizliyi və səmərəliliyi təmin etmək üçün qabaqcıl texnologiyalar tətbiq edilir. Konstruksiya mürəkkəbləşdikcə nasazlıq ehtimalı daha da artır.
Müasir minik avtomobili təxminən 30 min detaldan ibarətdir. Bu səbəbdən növbəti illərdə də kampaniyaların sayının artacağı şübhə doğurmur.
Vüqar