AZ

Pezeşkian Xankəndi səfərindən paylaşım etdi

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian sosial media hesabında bölgə ölkələrinə təşəkkür edib.

Operativ Media xəbər verir ki, Pezeşkian, paylaşımında EKO – İqtisadi Əməkdaşlıq Təşkilatını regionda qonşuluq diplomatiyasının və çoxşaxəli iqtisadi əməkdaşlığın əsas simvolu kimi dəyərləndirib.

Pezeşkian bildirib:

"Bizim üçün EKO həm qonşuluq diplomatiyasının, həm də çoxtərəfli iqtisadi diplomatiyanın ciddi rəmzidir. Birlikdə 2035-ci ilə qədər ticarət, tranzit, rəqəmsal inkişaf, turizm və dayanıqlılıq sahələrində geniş perspektivləri əlçatan edə bilərik."

İran Prezidenti paylaşımında bölgə ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Seçilən
7
46
operativmedia.az

10Mənbələr