Azərbaycanlı müğənni Albina Pyakşeva ABŞ-Meksika sərhədində öldürülüb.
Operativ Media xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva feysbuk hesabında yazıb:
“Belə bir xəbər almaq çox üzücüdür. “I am Jazzman” yarışmasının finalisti Albina Pyakşeva faciəvi şəkildə can verib. O, Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”.
Qeyd edək ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən “I am Jazzman”ın finalçısı müsabiqəsinin finalçısı olub, “Səs Azərbaycan” proqramının iştirakçısı olub