Zambiyadakı Milli Parkda fil İngiltərə və Yeni Zelandiyadan olan iki qadın turisti əzib.
News24.az publika.az-a istinadla xəbər verir, hadisə paytaxt Lusakanın Cənubi Luanqva Milli Parkında baş verib.
Turistlərin həyatını itirdiyi hadisədə dişi fil balalarını qorumaq məqsədi ilə hücum edib. Safari bələdçiləri filin hücumunu dayandırmaq üçün atəş açıb və heyvanı yaralayıb. Lakin bu müdaxilə kifayət etməyib və iki turist hücuma məruz qalıb. Bütün müdaxilələrə baxmayaraq, turistləri xilas etmək mümkün olmayıb və hadisə yerində həyatını itirib.