ABŞ-ın Kaliforniya ştatının Hollivud şəhərində yerləşən “7-Eleven” mağazasında çalışan 26 yaşlı Jessica McLaughlin qadın müdirəsi tərəfindən döyülərək boğulub və həyatını itirib.
Milli.Az xəbər verir ki, hadisə mağazada növbə sonunda baş verib. Ailəsinin bildirdiyinə görə, aralarında əvvəlcədən gərgin münasibət olan müdirə ilə Jessica arasında mübahisə yaranıb. Müdirə əvvəlcə ona şüşə atıb, daha sonra yerə yıxaraq üzərinə oturub. Jessica nəfəs ala bilməyərək huşunu itirib.
Təcili tibbi yardım Jessica-nı xəstəxanaya çatdırsa da, oksigen çatışmazlığı nəticəsində beynində ağır zədələnmə baş verib. Gənc qadın bir neçə gün sonra süni nəfəs aparatından ayrılaraq vəfat edib.
Polis şübhəlinin kimliyini müəyyən etsə də, hələ saxlanılmayıb.
“7-Eleven” şirkəti rəsmi açıqlama verərək, hadisəyə görə təəssüf etdiklərini və həmin şəxsin işdən azad edildiyini bildirib.