AZ

“Böyük Qayıdış”a ümumtürk dəstəyi beynəlxalq gündəm mövzusu oldu...


Məhərrəm Zülfüqarlı: “Qardaş ölkələrin “Böyük Qayıdış” prosesinə verdiyi töhfələr onu göstərir ki, bu işdə ümumtürk həmrəyliyi əsas xətlərdən birini təşkil edir”

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun Xıdırlı kəndində yaşayış massivinin 1-ci mərhələsinin açılışında sakinlərlə görüşündə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilməsi planlaşdırılan layihələrdən danışıb:

“Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktəb, uşaq bağçası, körpələr evi, tibb məntəqələri planlaşdırırıq. Bunlarsız normal həyat ola bilməz”.

Prezident Əliyev bildirib: “Əlbəttə, bizim uğurla reallaşdırdığımız “Böyük Qayıdış” Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir”.

“Dünya görür ki, bu prosesə ümumtürk dəstəyi var”

Tarix elmləri doktoru, professor, siyasi ekspert Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, 44 günlük müharibədən və 23 saat 45 dəqiqəlik lokal antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. “Ərzi bütövlüyümüzün bərpasına Türkiyə, Pakistan kimi qardaş ölkələrin verdiyi mənəvi dəstək hər zaman vurğulanmalıdır.

Azad ərazilərə “Böyük Qayıdış” proqramı icra olunur. Bu gün kəndlərin, şəhərlərin bərpa edilməsində, orda məktəblərin, uşaq bağçalarının, mədəniyyət mərkəzlərinin, digər obyektlərin tikintisində bizə dost və qardaş ölkələr yaxından iştirak edir. Bu, Azərbaycanın dünyada tək olmadığının, haqq işimizin qardaş dövlətlər tərəfindən dəstəkləndiyinin sübutudur.

44 günlük müharibə dövründə Türküstan respublikalarının açıq şəkildə qarışmaması haqda fikirlər var. Sual olunurdu ki, niyə o dövrdə Türkiyə, Pakistan kimi Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan bu işə qarışmırdı. Mənə elə gəlir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunmaları onlara bu işə qarışmaqlarına birbaşa imkan vermirdi. Amma fakt budur ki, Ermənistanın KTMT-yə daxil olmasına baxmayaraq, o dövlətlər Ermənistana heç bir dəstək vermədilər. Əlbəttə, Ermənistan çox istəyərdi ki, bu dövlətlər ona dəstək versin, Azərbaycana qarşı əməliyyatlarda iştirak etsin, amma bildiyimiz kimi, o respublikaların heç biri bu addımı atmadı. Əksinə, bəyanatlar vasitəsilə Azərbaycanın haqq işini dəstəklədilər.

Bu gün azad ərazilərdə gedən bərpa-quruculuq işlərində qardaş respublikaların iştirakı özünü çox yüksək səviyyədə göstərir. Dediyim kimi, məktəblərin, uşaq bağçalarının, mədəniyyət mərkəzlərinin və sairin tikintisində bilavasitə iştirak edirlər. Eyni zamanda da həmin müəssisələrin qardaş xalqların qəhrəmanlarının, tanınmış şəxsiyyətlərinin adını daşıması müsbət haldır. Qardaş ölkələrin “Böyük Qayıdış” prosesinə verdiyi töhfələr onu göstərir ki, bu işdə ümumtürk həmrəyliyi əsas xətlərdən birini təşkil edir. Dünya görür ki, bu prosesə ümumtürk dəstəyi var.

Azərbaycanla Türküstan respublikaları arasında əməkdaşlığın bilavasitə azad ərazilərdə həyata keçirilməsi onu göstərir ki, bu respublikalar əvvəldən də Azərbaycanın haqq işinə dəstək olmağa çalışıblar. Lakin Rusiya başda olmaqla, KTMT iştirakçıları buna imkan verməyib. İndi isə yeni dövr başlayıb. Qardaş Türkiyənin dəstəyi ilə türk birliyi inkişaf edir”.

M.Zülfüqarlı qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın zəifləməsi onu göstərir ki, Rusiya Azərbaycan və Türküstan respublikalarının münasibətlərinə əngəl olmaq iqtidarında deyil. O hesab edir ki, bu da qardaş respublikalarla Azərbaycanın əməkdaşlığını daha da sürətləndirir. “Qayıdış proqramı mərhələli şəkildə həyata keçirilir. Çünki dağılmış infrastrukturun bərpası, ərazilərin minlardan təmizlənməsi, ora köçürülən əhali üçün iş yerlərinin açılması böyük bir proqramın tərkib hissəsidir. Bunlar həyata keçdikcə insanlarımızın ata-baba torpaqlarına qayıtması sürətlənəcək, bu prosesdə də bizə kömək edən qardaş ölkələrin dəstəyini gördükcə daha da ruhlanırıq. Azərbaycanın həm beynəlxalq nüfuzu artır, həm də ölkəmizin tarixi əlaqələri olan qardaş ölkələrlə, xüsusilə də Türküstan respublikları ilə əlaqələri daha da inkişaf edir.

Biz bura müsəlman ölkə kimi Taciksitanı da, türk birliyinə aid müxtəlif tədbirlərdə iştirak edən Macarıstanı da, Şimali Kipr Türk Cumhuriyyətini də əlavə edə bilərik. Biz gələcəkdə Şimali Kipr Türk Cumhuriyyəti ilə Azərbaycanın münasibətlərinin daha da dərinləşməsinin şahidi olacağıq. Çünki əgər biz Türkiyə ilə əməklıq ediriksə, “bir millət, iki dövlət” deyiriksə, Şimali Kipr Türk Cumhuriyyətindəki qardaşlarımız buna bir millət üç dövlət deyir.

Qarabağ problemi olduğu dövrdə, əlbəttə, bizim açıq şəkildə Şimali Kipr Türk Cumhuriyyətinin müstəqilliyini açıq dəstəkləmək imkanımız yoxd idi, amma ərazi bütövlüyümüz bərpa edilib və bundan sonra öz qardaşlarımıza yaxından dəstək ola bilərik, bu prosesdə onların iştirakının şahid olarıq”-deyə M.Zülfüqarlı əlavə etdi.

M.Zülfüqarlı qeyd etdi ki, biz yaxın gələcəkdə qardaş ölkələrin dəstəyi ilə Qarabağın daha da inkişafının şahidi olacağıq.

İradə SARIYEVA

Seçilən
1
29
baki-xeber.com

10Mənbələr