AZ

Hakan Çalhanoğlu Qalatasaray a keçidi barədə: Ya indi, ya da heç vaxt

ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Hakan Çalhanoğlu bu yay "Qalatasaray"a keçmək istəyir.

Sportal.az xəbər verir ki, "Milliyet"in məlumatına görə, "İnter"in yarımmüdafiəçisi uşaq yaşlarından sevdiyi Türkiyə klubuna keçməkdə qərarlıdır.

31 yaşlı futbolçunun bu barədə belə bir açıqlama verdiyi bildirilir: "Ya indi, ya heç vaxt... Əgər bu yay 'Qalatasaray'a keçməsəm, sonra bu daha da çətin olacaq."

Bundan əlavə, "Əl-Hilal" klubunun ("İnter"in sabiq çalışdırıcısı) baş məşqççisi Simone İnzagi Çalhanoğluna "3+3" formatında müqavilə təklif etdiyi bildirilir. Müqaviləyə əsasən, futbolçu illik 20 milyon avro maaş alacaq, ilk üç ili oyunçu kimi çıxış edəcək, sonrakı üç ildə isə məşqçi heyətində yer alacaq.

Hakan hələlik bu təklifə cavab verməyib, baxmayaraq ki, "İnter" bu qədər yüksək transfer məbləği səbəbilə bu variantı nəzərdən keçirməyə hazır idi.

Bu arada "Qalatasaray", "İnter"in əsas transfer hədəfi olan Viktor Osimhenlə bağlı vəziyyətin aydınlaşmasını gözləyir.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
26
sportal.az

10Mənbələr