AZ

Böyük qardaş dan çəkinənlər

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Kubra Məhərrəmova yazır...

Son hadisələr fonunda adam bəzən böyüklərindən, ağsaqqallarından məsləhət, fikir, bəlkə də dəstək gözləyir. Amma nə məsələdirsə, hər zaman Azərbaycanda digər ölkələrlə diplomatik gərginlik yaşanan kimi, dövlətin hesabına "fışfışlı", "xışxışlı", alqışlı, orden-medallı adamların əksəriyyəti çəkilir bir kənara, səslərini çıxarmırlar. Elə düşünürsən ki, ha indi, ha sonra bunlar da bir böyük kimi, ağsaqqal kimi bir söz deyəcəklər, bir mövqe bildirəcəklər. Görürsən ki, yox, səsləri gəlmir.

Səssiz qalanlar arasında daha çox rusdilli ziyalıları görürük. Onlar sanki hələ də Moskvadan ehtiyat edir, sovetin təfəkküründə ilişib qalıblar. Sanki illərlə formalaşmış bir qorxu, qul-kölə düşüncəsi onları susmağa məcbur edir. Elə bilirlər bir söz desələr, Moskvadakı "böyük qardaş" göz ağardacaq, acıqlanacaq! Bəlkə də, burada maddi mənafe daha önəmlidir. Pulları, biznesləri Moskvada olanlar… riyakarlı, alqışlı, fışfışlı ziyalılar.

Elə bu vədədə rəhmətlik Heydər Əliyevin çox vacib və qızıl kimi dəyərli sözləri yadımıza düşür: "Mövqe bildirmək vaxtıdır. Mövqeyiniz olsun!"

Bəli, ara yenə sakitləşəcək, yenə fışfışlı-xışxışlı məclislərə elə bu ağsaqqallar gəlib oturacaq, medalları da taxacaqlar döşlərinə, yenə də dövlətin eşqinə gözəl sözlər söyləyəcəklər və yenə deyəcəklər ki, biz Azərbaycanın xalqının, dövlətinin yanındayıq. Halbuki bu gün öz mövqeyini bildirməklə, hansı dövlətin, hansı xalqın yanında olduğunu göstərmək gərəkdir. Amma bunu edən yoxdur.

Əminəm ki, bunu dövlətdə, xalqda, millətdə, cəmiyyətdə, el-obada, kənddə-şəhərdə hər kəs görür və bilir. Sadəcə baxırsan və heyifsilənirsən ki, məhz bu adamlar dövlətin, xalqın, dövlətçiliyin hesabına fışfışla-xışxışla gəlib çıxıblar böyük bir nöqtəyə. Özlərini də, övladlarını da, nəvələrini də, nəticələrini də məhz bu xalqın, bu dövlətin, bu dövlətçiliyin hesabına yerbəyer ediblər.

Amma ara qarışan kimi hərəsi çəkilir öz qınına, telefonunu da söndürür ki, birdən, Allah eləməmiş, hansısa jurnalist zəng eləyər, bunlardan bir xəbər alar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
27
oxu.az

10Mənbələr