AZ

Avstraliyada təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Avstraliya hökuməti uşaq bağçalarında və ibtidai məktəblərdə uşaqların təhlükəsizliyini təmin etmək üçün yeni və sərt tədbirlər tətbiq etməyə başlayıb. Bu qərar Melbourne şəhərində bir uşaq baxıcısının bir neçə uşağa qarşı seksual zorakılıqla bağlı 70-dən çox ittihamla üzləşməsi fonunda verilib.

AzEdu.az-ın xarici mənbələrdən aldığı məlumata görə təhsil naziri Ceyson Kler bildirib ki, artıq ölkə üzrə bütün erkən təhsil müəssisələrində:

- CCTV kameralarının quraşdırılması məcburi olacaq,

- Keyfiyyətsiz fəaliyyət göstərən müəssisələrə maliyyə yardımı dayandırılacaq,

- Hər bir uşaq mərkəzində işçilərin təcrübə, davranış və keçmiş fəaliyyətləri üzrə yoxlanışı daha da sərtləşdiriləcək.

Avstraliyanın ən böyük məktəbəqədər təhsil şəbəkələrindən biri olan Goodstart Early Learning, 653 mərkəzdə kamera sistemi, telefon qadağası, eləcə də uşaqlarla fərdi təmasa nəzarət mexanizmləri qurmağa başlayıb.

Nazirlik əlavə edib ki, bu tədbirlər valideynlərlə daha güclü ünsiyyət, şəffaflıq və inam yaratmaq üçün əsas olacaq. Təhsil icmaları isə bu dəyişiklikləri alqışlayır və uşaqların təhlükəsizliyinin hər şeydən üstün olduğunu vurğulayırlar.

Seçilən
5
29
azedu.az

10Mənbələr