AZ

Fransa XİN: Paris və Pekin İranın nüvə problemi üzrə təmasların bərpasına kömək etməlidirlər

Fransa və Çin İranın nüvə problemi ilə bağlı danışıqların tezliklə bərpa olunmasına kömək etməlidirlər.

APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Parisdə çinli həmkarı Van İ ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Diplomatik həll İranın nüvə proqramının yaratdığı narahatlıqlara yeganə cavabdır. Biz tez bir zamanda hərəkət etməliyik ki, bütün tərəfləri danışıqlar masasına qaytaraq”, – deyə Barro vurğulayıb.

Onun sözlərinə görə, İran dərhal Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə tam şəkildə əməkdaşlığı bərpa etməlidir.

Seçilən
32
23
apa.az

10Mənbələr