Çin Fransadan idxalı artırmaq və bu ölkənin iqtisadiyyatına daha çox milli sərmayə cəlb etmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Parisdə Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz yüksək keyfiyyətli Fransa məhsullarını daha çox idxal etməyə, güclü Çin şirkətlərinin Fransaya sərmayələrini dəstəkləməyə hazırıq”, – deyə Van İ vurğulayıb.