BRICS dövlət başçıları Rio-de-Janeyroda keçiriləcək sammitin yekununda birtərəfli məcburi iqtisadi tədbirlərə qarşı narazılığın ifadə olunduğu bir bəyanat qəbul etməyi planlaşdırırlar.
APA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, BRICS ölkələri yekun sənədə beynəlxalq hüquqa zidd olan birtərəfli məcburi tədbirlərin pislənməsi ilə bağlı müddəanı daxil etmək istəyir.
Bundan əlavə, kommunikedə birtərəfli gömrük rüsumları və qeyri-tarif tədbirləri ilə bağlı "ciddi narahatlıq" ifadə olunacaq.