AZ

Lula da Silva BRİKS-i firavan iqtisadiyyatlar birliyi adlandırıb- ÖZƏL

Braziliya Prezidenti Lula da Silva bildirib ki, BRİKS ölkələri dinamik inkişaf nümayiş etdirir və çoxtərəfli ticarətin dayağına çevrilir.

Olaylar xəbər verir ki,Lula da Silva BRİKS-i firavan və dinamik iqtisadiyyatların birliyi adlandırıb.

"BRİKS firavan və dinamik iqtisadiyyatları birləşdirən bir qütbdür", - deyə Rio-de-Janeyroda keçirilən BRİKS Biznes Forumunda səsləndirib.

O vurğulayıb ki, iştirakçı ölkələr davamlı inkişaf üçün bir-birinin iqtisadi təcrübəsindən istifadə edə bilərlər.

Prezidentin sözlərinə görə, proteksionizmin artdığı bir dövrdə inkişaf etməkdə olan dövlətlər çoxtərəfli ticarət prinsiplərini müdafiə etməli və beynəlxalq maliyyə sistemində islahatlara nail olmalıdırlar.

Lula da Silva əlavə edib ki, BRİKS öz üzvləri üçün "ümidverici gələcəyin" təminatçısı olaraq qalır.

Bundan əvvəl Rusiya maliyyə naziri Anton Siluanov bəyan etmişdi ki, BRİKS ölkələrinin ümumi maliyyə aktivlərinin həcmi 60 trilyon ABŞ dollarını keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
13
olaylar.az

10Mənbələr