AZ

Moldova və Avropa İttifaqı sammitdə siyasi öhdəliklər götürüblər

Kişinyovda Moldova və Avropa İttifaqının regiona əməkdaşlıq və dəstək üzrə birinci sammitinin yekunları üzrə birgə bəyannamə imzalanıb.

Bakues.az-ın məlumatına görə, sammitdə Moldova prezidenti Maya Sandu, Parlamentin sədri İqor Qrosu, Baş nazir Dorin Reçan, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak ediblər.

“Aİ Moldova ilə siyasi və strateji əməkdaşlığı, o cümlədən Aİ-Moldova sammitlərinin müntəzəm təşkili yolu ilə sürətləndirəcək və dərinləşdirəcək”, – deyə bəyannamədə bildirilib.

Sənəddə müxtəlif sahələrdə – ədliyyə; nəqliyyat, energetika, rəqəmsallaşma; rəqabət qabiliyyəti, sosial sahə; təhsil; gənclər siyasəti: uşaqların müdafiəsi və s. sahələr üzrə bir sıra tədbirlər və addımlar nəzərdə tutulub.

Sənədə əlavədə vurğulanıb ki, Aİ-nin Moldovaya müdafiə imkanlarının modernləşdirilməsində dəstəyi, o cümlədən 2025-ci ildə Avropa Sülh Fondu ((EPF) büdcəsindən 60 milyon avro ayrılması və 2026-cı ildə EPF vasitəsilə gələcək dəstək vasitəsilə davam etdiriləcək.

Moldova “Avropa istəklərinə uyğun olaraq və qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə etmək üçün bu müsbət tendensiyanı saxlamaq əzmini” bir daha təsdiqlədi.

Seçilən
6
6
icma.az

10Mənbələr