AZ

Rusiya Ermənistandakı hərbi mövcudluğunu genişləndirir: Azərbaycanla münasibətlərin gərginləşməsi… – Ukrayna kəşfiyyatından ŞOK 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) yaydığı məlumata görə, Kreml Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasını sürətlə tam komplektləşdirməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bu addımın məqsədi Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqi gücləndirməkdir.

Ukrayna kəşfiyyatının məlumatına əsasən, bazaya şəxsi heyət əsasən Rusiyanın Rostov və Volqoqrad vilayətlərindən, eləcə də Krım yarımadasından cəlb olunur. Bundan əlavə, Şimali Qafqaz xalqları arasında – xüsusilə Şimali Osetiya və Adıgey bölgələrində – könüllülər axtarışı da aktiv şəkildə aparılır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
50
konkret.az

10Mənbələr