AZ

Türkiyədə meşə yanğınları - Ölənlər və yaralananlar var

Türkiyədə tüğyan edən meşə yanğınları iki nəfərin həyatına son qoyub, 500-dən çox insan isə xəsarət alıb.


Manset.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu məlumat yayıb.

Nazirin sözlərinə görə, hazırda yanğınlarla əlaqədar ümumilikdə 538 nəfər xəsarət alıb:

“Xəsarət alan üç nəfərə tibbi yardım göstərilir, onlardan birinin vəziyyəti ağırdır. Təəssüf ki, iki vətəndaşımız həyatını itirib”, – deyə o, “X” sosial şəbəkəsində paylaşım edib.

Qeyd edək ki, iyulun 2-də Antalyanın Ermenek rayonunda başlayan meşə yanğını sürətlə yayılıb. Eyni vaxtda İzmir vilayəti də daxil olmaqla bir neçə bölgədə də yanğınlar qeydə alınıb. Üç vilayəti əhatə edən irimiqyaslı meşə yanğınları səbəbilə 50 mindən çox sakin təxliyə edilib.

Seçilən
18
50
manset.az

10Mənbələr