
ABŞ-də keçirilən 2025-ci il Klublararası Dünya Çempionatının yarımfinal mərhələsinin ilk cütü müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, finala vəsiqə uğrunda Braziliyanın “Fluminense” və İngiltərənin “Çelsi” komandaları mübarizə aparacaq.
Belə ki, 1/4 final matçında “Fluminense” klubu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna 2:1 hesabı ilə qalib gəlib. Qarşılaşma ABŞ-nin Florida ştatının Orlando şəhərində baş tutub.
Qalibin qollarını Mateus Martinelli (40-cı dəqiqə) və Herkules (70), Məğlub qolunu isə Markos Leonardo (51) vurub.
İngiltərənin “Çelsi” klubu isə 1/4 final matçında Braziliyanın “Palmeyras” klubunu 2:1 hesabı ilə məğlub edib.
Qalibin qolunu Koul Palmer vurub (16-cı dəqiqə). Məğlubların qolunu Estevao (53) vurub.
Oyun ABŞ-nin Pensilvaniya Florida ştatının Filadelfiya şəhərində baş tutub.
Matçın yekun hesabı 83-cü dəqiqədə “Çelsi”nin müdafiəçisi Malo Qustonun zərbəsindən sonra topun “Palmeyras”ın yarımmüdafiəçisi Riçard Riosa dəymasi və qapıdan keşməsi nəticəsində müəyyənləşib.
Yarımfinal mərhələsində “Fluminense” və “Çelsi” komandaları qarşılaşacaq. Bu komandaların görüşü iyulun 5-nə keçən gecə baş tutacaq.