AZ

Şəkidə avtomobil qəzası: Ürəktutması sürücünü həyatından etdi

Şəkidə avtomobilin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, iyulun 4-də axşam saatlarında Şəki rayonunun Aydınbulaq kəndindən şəhər istiqamətində hərəkət edən "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb.

Hadisə nəticəsində avtomobilin sürücüsü, 70 yaşlı Akif Əliyev yerindəcə ölüb. İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında ürəktutması olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
10
far.az

10Mənbələr