MİNGƏÇEVİR, 5 iyul. TELEQRAF
Kür çayında qayıqlar toqquşub, xəsarət alanlar var.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Mingəçevirdə Kür çayının sahilində gəzinti qayıqları zolağında baş verib.
Kiçik qayığın arxadan nisbətən iri tutumu qayığa çırpılması nəticəsində 2-si azyaşlı, 2-si qadın olmaqla, ümumilikdə 6 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma başlanıb.