Kür çayında qayıqlar toqquşub, xəsarət alanlar var.
Axar.az xəbər verir ki, hadisə Mingəçevirdə Kür çayının sahilində gəzinti qayıqları zolağında baş verib.
Kiçik qayığın arxadan iri tutumlu qayığa çırpılması nəticəsində 2-si azyaşlı, 2-si qadın olmaqla, ümumilikdə 8 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma başlanıb.