Mingəçevirdə Kür çayında 2 katerin toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Bakıvaxtı.az-ın məlumatına görə, qəzada xəsarət alan və tibb müəssisəsinə yerləşdirilənlər 2011-ci il təvəllüdlü Ə.Vəliyev, 2008-ci il təvəllüdlü Ə.Xudiyev, 1984-cü il təvəllüdlü O.Xudiyev, 2007-ci il təvəllüdlü G.Xudiyeva, 2018-ci il təvəllüdlü T.Xudiyev, 1983-cü il təvəllüdlü X.Vəliyevdir.
Daha iki nəfərə isə hadisə yerində yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
***
16.05
Mingəçevir şəhərində Kür çayında 2 kater toqquşub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində azı 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.