AZ

Zaqatalada ağır qəza: Ölən var

Zaqatalada iki avtomobil toquşub, ölən və xəsarət alanlar var.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə zamanı üç nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
4
21
cebheinfo.az

10Mənbələr