AZ

Zaqatalada minik maşınları TOQQUŞDU: Ölən və yaralananlar var 

  Zaqatalada minik avtomobilləri toquşub, ölən və yaralananlar var.

Hadisə Zaqatala- Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala şəhər sakini 40 yaşlı Fəryad Fərhad oglu İbrahimov idarə etdyi “KİA” markalı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan “VAZ 2106” markalı minik avtomobilinə çırpılıb.

Hadisə zamanı VAZ 2106 markalı minik avtomobilinin arxasında olan maşının sahibi, rayonun Muğanlı kənd sakini Hüseyin Musa oğlu Musayev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. KİA markalı avtomobilin sürücüsü Fəryad İbrahimov, onun avtomobilində sərnişin qismində olan oğlu 13 yaşlı Fərhad İbrahimov və daha bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

13:41

Zaqatalada minik avtomobilləri toquşub, xəsarət alanlar var.

Hadisə Zaqatala- Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, iki avtomobil toqquşub. Qəza zamanı üç nəfər yaralanıb

Onlar Zaqatala rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Zaqatalada

Zaqatalada

Zaqatalada

Zaqatalada


Seçilən
11
50
referans.az

10Mənbələr