AZ

“Mənim ölkəm, vətənim Azərbaycandı” – rusiyalı məşqçi Yekaterinburqdakı qətlhaqda

Məlum olduğu kimi, son günlərdə Azərbaycanla Rusiya arasında münasibətlər hədsiz gərginləşib, hətta düşmənçilik həddinə çatıb.

Hər şeyin əsası Rusiya OMON-unun iyunun 27-si səhər saatlarında Yekaterinburqda yaşayan Səfərovlar ailəsinin evlərinə basqın etməsi ilə qoyulub. Nəticədə Hüseyn və Ziyəddin Səfərovlar amansızlıqla, vəhşicəsinə qətlə yetirilib, daha 6 azərbaycanlı həbs olunub.

Azərbaycan futzalında can qoymuş rus mütəxəssis Vitali Borisovun son hadisələrlə bağlı fikrini öyrəndik:
“Siyasətə qarışmaq istəmirəm. Bu haqda danışmağım doğru olmaz. Mən idmançıyam. Onu deyə bilərəm ki, mənim ölkəm, vətənim Azərbaycandı. Azərbaycanda doğulub, boya-başa çatmışam. İstəsəm, çoxdan Rusiyaya gedib vətəndaşlığını qəbul edərdim. Amma etməmişəm. Çünki azərbaycanlıyam”.
KƏNAN BAHADIR
Seçilən
30
7
football-plus.az

10Mənbələr