ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanda Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı rusiyalı həmkarının müraciətini cavablandırıb və ədalətin bərpası üçün bütün zəruri tədbirlər görəcəyinə söz verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Tatyana Moskalkova Rusiya mətbuatına müsahibəsində bildirib.
“Mən yoxlama aparılması, ədalətin və qanunun aliliyinin bərpası üçün səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülməsi xahişi ilə həmkarım, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevaya müraciət etdim.
O, mənə dərhal cavab verdi ki, müraciətim qəbul edilib və bu məlumatların yoxlanılması üçün bütün lazımi tədbirləri görəcək”, – Moskalkova bildirib.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.