“Barselona”nın sabiq futbolçusu Rivaldo Kataloniya klubunun 17 yaşlı oyunçusu Lamin Yamala 10 nömrəli formanı vermək qərarına münasibət bildirib.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun buna layiq olduğunu deyib:
“Yamal buna layiqdir. “10 nömrə” etibarlı əllərdə olacaq.
Bu, böyük məsuliyyət nəzərdə tutur. Amma Yamalın xarakteri var, bu oğlan öhdəsindən gələcək. O, sanki artıq 25 yaşında oynayır”.
Yamalın “Barselona” ilə müqaviləsi 2031-ci ilin ortalarına kimi hesablanıb. 17 yaşlı futbolçu son mövsümdə La Liqada 35 matça çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə verib.