Azərbaycan futbolunda son illərin ən xoş xatirəsi reqlamentin qorunmasıdır.
Ədalət prinsiplərinin işləməsi öncə "Şamaxı"nın, ardınca "Qəbələ"nin yolunu Birinci Liqadan saldı.
Bu mövsüm isə onların sırasına "Səbail" qoşuldu.
Bir çoxları düşünürdü ki, sponsor dəstəyindən məhrum olan Bayıl təmsilçisi futbol məzarlığının növbəti qonağı olacaq.
Amma biz tam fərqli mənzərənin şahidiyik.
Klubda çalışan şəxslər çətin olan yolu seçiblər.
Büdcə azaldı, heyətdən gedənlər var, amma iddia dəyişmir.
Klubun idarəetməsində çalışanlar hətta daha aşağı maaş müqabilində burada qalmağı seçib.
Hədəf isə yenidən Premyer Liqaya qayıtmaqdır.
Bu yolda ciddi addımlar atılır.
Ötən mövsüm "Karvan"ın bombardiri olan Emil Qasımov, Premyer Liqada zəngin təcrübəsi olan sabiq "Neftçi"li Rəhman Hacıyevin timsalında bir neçə sanballı transferlər qapıdadır.
Heyətin qorunmasına da maksimum cəhd olunur.
Qısası, "Qəbələ", "Şamaxı" kimi liqanı tərk edən "Səbail" eynən adıçəkilənlər kimi geri qayıtmağın kordinatları da qurmaqdadır. Qalır icra edilməsi.
XANOĞLAN İMANOV