BAKI, TurkicWorld
Eskişehirdə qırmızı bülletenlə axtarılan şəxs saxlanılıb.
TurkicWorldxəbər verir ki, İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş şübhəli Eskişehir vilayətində İl Jandarma Komandanlığının keçirdiyi xüsusi əməliyyat nəticəsində yaxalanıb.
Məlumata görə, jandarma qrupları şəhərdə təhlükəsizliyin təmin olunması və cinayətkarların zərərsizləşdirilməsi məqsədilə apardıqları əməliyyat zamanı terror təşkilatına üzv olduğu müəyyən edilən və qırmızı bülletenlə axtarışda olan xarici ölkə vətəndaşı O.L.S.M.A.-nı saxlayıblar.
Şübhəli ifadəsi alındıqdan sonra ədliyyəyə təqdim edilib və məhkəmənin qərarı ilə həbs olunub.
Qeyd edək ki, qırmızı bülleten İnterpolun ən yüksək axtarış səviyyəsini göstərən bildirişidir və beynəlxalq səviyyədə axtarılan şəxslərin yerinin müəyyən edilməsi və ədalətə təhvil verilməsi üçün istifadə olunur.