Bakı. Trend:
Avstraliyanın “ABC News” telekanalının rəsmi məlumatlaraistinadla verdiyi xəbərə görə, bu ölkədə məhbusların sayı tarixirekord həddə çatıb və artmaqda davam edir.
Trend xəbər verir ki, onlarındemək olar ki, yarısı barəsində qəti məhkəmə hökmüçıxarılmayıb.
Məlumatda qeyd olunub ki, son bir neçə ildə Avstraliyanın hərbir ştatı xüsusən də gənc cinayətkarlar üçün sərtləşdirməyəyönəlmiş girov müqabilində sərbəst buraxma islahatı həyatakeçirir.
Avstraliya Statistika Bürosunun bu yaxınlarda açıqlananməlumatları göstərir ki, son üç il ərzində məhbusların sayındasabit artım müşahidə olunur və həbsdə olan şəxslərin sayı 2022-ciilin martında qeydə alınan 40,330-dan hazırda 46,081-əyüksəlib.
Barəsində qəti məhkəmə hökmü çıxarılmayan məhbusların sayı sonrübdə 1345 nəfər – 8 faiz artaraq ümumilikdə 19119 nəfərə çatıb.Həbs nisbəti 100 min yetkin şəxsə nisbətdə 214 nəfərə yüksəlib,kişilər məhbusların 92 faizini təşkil edir.
Yerli icma ən yüksək həbs nisbətinə malikdir; 100 min yerliyetkinə 2,559 nəfər düşür ki, bu da bütün məhbusların 37 faizideməkdir.
“World Prison Brief” təşkilatının məlumatına görə, Avstraliyahəbs nisbətlərinə görə G20 ölkələri arasında yeddinci yerdəqərarlaşıb.