AZ

Sevmədiyiniz işdə çalışmaq sağlamlığınıza ziyandır

ain.az bildirir, Saglamolun portalına istinadən.

XƏBƏRDARLIQBöyük Britaniyada aparılan araşdırma göstərib ki, sağlamlıq baxımından pis işdə işləmək işsiz qalmaqdan daha təhlükəlidir. Tədqiqat Beynəlxalq Epidemiologiya Jurnalında (International Journal of Epidemiology) dərc olunub. Araşdırmada 2009–2010-cu illərdə iqtisadi böhran səbəbilə işlərini itirən 35–75 yaş arası 1000 nəfər iştirak edib. İllər ərzində bu insanlar mütəmadi olaraq tibbi müayinələrdən, qan analizlərindən və digər sağlamlıq yoxlamalarından keçib. Nəticədə məlum olub ki, pis iş şəraitində çalışanlar arasında xroniki stress əlamətləri daha çox müşahidə olunur.Alimlər bildirir ki, yalnız məşğulluq səviyyəsini artırmaq deyil, həm də iş keyfiyyətini yaxşılaşdırmaq vacibdir. Əks halda, “işləmək” bəzən sağlamlığa daha çox zərər verə bilər.

Saglamolun.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
8
saglamolun.az

10Mənbələr