«Sumqayıt» yeni baş məşqçisinin adını sabah açıqlayacaq. Bu barədə klubdan saytımıza son dəqiqə məlumatı daxil olub. Redaksiyamıza verilən informasiyaya görə, hazırda 2-3 mütəxəssislə danışıqlar aparır. Namizədlər siyahısında olanların hamısı əcnəbidir. Rəhbərlik bu gecə onlardan biriylə razılığa gəlib Azərbaycana təyyarə biletini alacaq. Səhər saatlarında ölkəmizə təşrif buyuracaq çalışdırıcı axşam komandayla tanış olacaq.
SPORTİNFO.AZ